Rusiyanın Soçi şəhərində Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində ata və qızı saxlanılıb. Məlumata görə, saxlanılan şəxslər Ukrayna tərəfində münaqişədə iştirak etmək məqsədilə ölkədən çıxmağa hazırlaşırdılar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı FTX-nin Mətbuat xidməti yayıb.
Əməliyyat zamanı həm ata, həm də qızın hərəkətləri izlənilib və onların Ukraynaya gedərək hərbi əməliyyata qoşulmaq planları olduğu müəyyən edilib.
Saxlanılma anı və digər detallar FTX-nin Mərkəzi Əməliyyat təqdim etdiyi videomateriallarda əks olunub.
FTX-nin məlumatına görə, indi saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri aparılır. Bu əməliyyat, Rusiyada xarici münaqişələrdə iştirak etməyə cəhd edən şəxslərin qarşısının alınması istiqamətində görülən tədbirlərin bir hissəsidir.
Videolar TASS agentliyi tərəfindən yayımlanıb və saxlanma anının görüntüləri ictimaiyyətə təqdim olunub.
Bizim.Media