Türkiyənin diplomatik mənbəsinin bildirdiyinə görə, Ankara Rusiya prezidenti Vladimir Putinin 2026-cı ildə Türkiyəyə rəsmi səfərini gözləyir.
Bizim.Media xəbər verir ki, məlumata əsasən, Rusiya liderinə Türkiyəyə səfərlə bağlı dəvət ən yüksək səviyyədə təqdim olunub. Lakin hazırda səfərin dəqiq tarixi razılaşdırılmayıb və bu istiqamətdə məsləhətləşmələr davam edir.
Diplomatik mənbə həmçinin qeyd edib ki, Ankaranın bu dəvəti yeni deyil. Belə ki, Türkiyə tərəfi Putini ölkəyə səfərə bu il də rəsmi şəkildə dəvət etmişdi. Ancaq Vladimir Putinin Türkiyəyə səfəri indiyədək baş tutmayıb.
Bizim.Media