İranın dövlət televiziyasının “ənənəvi tibb” üzrə mütəxəssisi Möhsün Səttari “Üfüq” telekanalında yayımlanan proqramda ərzaq qiymətləri ilə bağlı diqqət çəkən açıqlama verib.
Bizim.Media xəbər verir ki, o, düyünün yüksək qiymətini əsas gətirərək vətəndaşlara alternativ qida kimi arpa yeməyi tövsiyə edib.
Aparıcının “Düyü əvəzinə arpa yeyə bilərikmi?” sualına cavab verən Səttari bildirib ki, mövcud qiymətləri nəzərə alanda bu, mümkündür. Onun sözlərinə görə, hazırda arpa xüsusiyyətlərinə baxmayaraq nisbətən ucuzdur.
Mütəxəssis qeyd edib ki, arpanın karbohidrat miqdarı buğda və çörəklə müqayisədə daha azdır və buna görə də çəki azaltmaq istəyən insanlar tərəfindən istifadə olunur.
Bununla belə, o vurğulayıb ki, arpa da karbohidratlı qidadır və gündəlik qidalanmada mütləq düyünün olması şərt deyil. (Entekhab)
Bizim.Media