Fevralın 3-də Ukraynanın Belarusdakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, ona Ukrayna pilotsuz uçuş aparatının Belarus sərhədini keçməsi ilə bağlı etiraz notası təqdim edilib.
"Ukrayna bu qeyri-dost addımları ilə bölgədə vəziyyətin gərginləşməsinə qəsdən təhrik edir ki, bu da ikitərəfli dialoqa töhfə vermir", - deyə Belarus Xarici İşlər Nazirliyindən bildirilib.
Bizim.Media