Rusiyanın paytaxtı Moskva yaxınlığındakı Fryazino şəhərində güclü yanğın başlayıb.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, mebel fabrikindəki yanğın elektrik naqillərindəki qısaqapanmadan baş verib.
Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.
Rusiya Fövqəladə Hallar Nazirliyi xəsarət alanların olmadığını açıqlayıb.
Bizim.Media