Ermənistanın Sünik bölgəsinin Gorus şəhərinin meri Aruş Aruşanyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə müxalif “Veto” ictimai-siyasi hərəkatının lideri Narek Malyan sosial media hesabında məlumat verib.
Qeyd edək ki, Paşinyan Sünik bölgəsinə səfər edəcəyini açıqlamışdı.
Ardınca isə Gorus şəhərinin meri Aruş Aruşanyan şəhər sakinlərini Baş nazir Nikol Paşinyanın Sünik bölgəsinə gəlişinə mane olmağa çağırmışdı.
Bizim.Media