Rusiya sülhməramlıları üçün Xankəndidə tikilən blok-modul şəhərciyinin inşası yekunlaşıb.
Bizim.Media-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xankəndidə 250 nəfərlik Rusiya sülhməramlı kontingentinin hərbi heyətinin yerləşdirilməsi üçün blok- modullu şəhərciyin inşası başa çatıb.
Məlumata görə, hazırda mühəndis avadanlığının istismara verilməsi üzrə son işlər görülür.
“Şəhərcik işçilər üçün rahat yaşayış və məişət şəraiti yaradacaq. Bunlar yaşam təminatı üçün bütün zəruri komponentlərlə təchiz edilmiş tam funksional müəssisələrdir”,- deyə açıqlamada vurğulanıb.
Bizim.Media