Ermənistanın yeni Konstitusiyasında əsas yeniliklərdən biri qalib gələn partiyanın çoxluq formalaşdıra bilmədiyi halda təkrar seçkilərin keçirilməsi olacaq.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ədliyyə naziri Srbuhi Qalyan deyib.
Nazirin sözlərinə görə, Konstitusiya dəyişiklikləri üzrə Şura mütəmadi iclaslar keçirir və artıq parlamentin səlahiyyətləri, seçki sistemi ilə bağlı məsələlər müzakirə olunub.
“Qalib partiya təkbaşına və ya koalisiya ilə siyasi çoxluq yarada bilməzsə, bütün siyasi qüvvələrin iştirakı ilə yeni seçkilər təyin olunacaq.
Əgər təkrar seçkilərdən sonra da çoxluq formalaşmazsa, yalnız bu halda mövcud qanunvericilikdə nəzərdə tutulan ikinci tur keçiriləcək”, deyə Qalyan bildirib.
Bizim Media