Türkiyənin energetika ehtiyacları çərçivəsində Azərbaycan qazına tələbat davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda jurnalistlərlə görüşdə bildirib.
“Bizə Rusiyanın, İranın və Azərbaycanın qazı lazımdır. Bundan əlavə, Türkiyəyə maye təbii qaz (LNG) da daxil olmaqla müxtəlif mənbələrdən qaz gələcək”, – deyə o vurğulayıb.
Nazir qeyd edib ki, Ankara Rusiya ilə qaz tədarükünü davam etdirəcək, lakin daha çox qısamüddətli müqavilələrə üstünlük verir:
“Biz daha çox qısamüddətli sazişlərə və ya mövcud müqavilələrin qısa müddətə uzadılmasına fokuslanmışıq. Qısamüddətli dedikdə, təxminən birillik müqavilələr nəzərdə tutulur”, – Bayraktar deyib. (Mənbə: TASS)
Bizim Media