İrəvan və Brüssel Azərbaycanın sərhədi boyunca yerləşdirilmiş Avropa İttifaqının müşahidə (casus - red.) missiyasının (EUMA) fəaliyyət müddətinin Ermənistanın ehtiyac və tələbatlarına uyğun olaraq davam etdirilməsi barədə razılığa gəliblər.
Bizim Media xəbər verir ki, bu müddəa 2 dekabr 2025-ci ildə Brüsseldə qəbul edilən və bu gün Ermənistan XİN-in saytında dərc olunan “Ermənistan–Aİ tərəfdaşlığı üzrə Strateji gündəm” sənədində öz əksini tapıb.
Sənəddə qeyd olunur: "Aİ-nin Ermənistandakı missiyasının (EUMA) Azərbaycanla sərhəd boyunca təhlükəsizlik vəziyyətini izləmək və hesabat vermək, Ermənistanın münaqişədən təsirlənən ərazilərində insan təhlükəsizliyini təşviq etmək və regionda sülh və sabitliyin dəstəkləmək üçün tam əməliyyat qabiliyyəti təmin edilsin. Lazım olduğu müddətədək EUMA-nın mövcudluğu qorunsun”.
Qeyd edək ki, EUMA fəaliyyətinə 20 fevral 2023-cü ildə başlayıb. Aİ Şurası 30 yanvar 2025-ci ildə missiyanın mandatını daha iki il – 19 fevral 2027-ci ilə qədər uzadıb.
Bizim Media