Ermənistan hökuməti Azərbaycan-Ermənistan münaqişəsinin həlli üzrə danışıqlar prosesinə aid olan və 2020-ci ilədək olan dövrü əhatə edən sənədləri dərc edib.
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.
Sənədlərin dərc olunacağı barədə noyabrın əvvəlində baş nazir Nikol Paşinyan müxalifətin təkrarlanan çağırış və tələblərinə cavab olaraq açıqlama vermişdi.
Hökumətin saytında ümumilikdə 13 fayl yerləşdirilib.
1. ATƏT-in Minsk Qrupunun təklifləri (2016–2019)
2. Serj Sarkisyanın parlamentdəki bəyanatları
3. Krakov sənədi
4. Serj Sarkisyanın Vladimir Putinə məktubu
5. ATƏT MQ-nin 2016-cı il təklifləri
6. Rusiyanın paket təklifləri
7. Kazan sənədi
8. Madrid prinsipləri
9. Meğri və Qarabağın dəyişdirilməsi variantı
10. Minsk Qrupunun kompleks təklifləri
11. ATƏT-in fəaliyyətdə olan sədrinin Lissabon sammitində bəyanatı
12. Budapeşt sammitinin bəyanatı
13. BMT Təhlükəsizlik Şurasının qətnamələri
Bizim.Media