Keçmiş İrəvan fortepiano fabrikinin binasının bir hissəsi uçub.
Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, informasiyanı Fövqəladə Hallar Xidmətinin mətbuat xidməti yayıb.
Hadisə barədə məlumat bazar ertəsi saat 10:12-də daxil olub.
Xilasedicilər əraziyə çatdıqda üçmərtəbəli binanın (ticarət və ərzaq mallarının anbarı) bir hissəsinin uçduğunu aşkar ediblər.
Nəticədə bir nəfər xəsarət alıb.
Bizim.Media