Ermənistanda hərbçilər Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, iki nəfər müqaviləli hərbçi Vardenis rayonunda xidməti vəzifələrinin icrası ilə bağlı olmayan şəraitdə minaya düşərək xəsarət alıblar.
Onların həyati təhlükəsinin olmadığı bildirilir.
Bizim.Media