Gürcüstanda son gündə koronavirusa yoluxmada (26320 nəfər) rekord qeydə alınıb. Ümumi yoluxma 1226444 olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Gürcüstan hökumətinin rəsmi stopcov.ge saytında yerləşdirilib. Ölənlərin sayı isə 44 nəfər olub. Ümumilikdə 15060 xəstə dünyasını dəyişib.
Mənbə qeyd edir ki, sağalanların sayı 1030065 (+9555) nəfərdir. 5522 şəxs isə hazırda xəstəxanalarda müalicə olunur.
Bizim.Media