Ermənistanda dekabrın 22-dən ümumrespublika tətili elan edilib. Həmin gündən etibarən ölkədə təhsil dayandırılacaq, kütləvi vətəndaş itaətsizliyi başlayacaq.
Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Daşnaksütyun”un təmsilçisi İşxan Saqatelyan deyib.
Bildirib ki, dekabrın 22-də saat 12:00-da Respublika meydanında mitinq olacaq. Hökumət və digər nazirliklərin binasına gedən yollar bağlanacaq.
Bizim.Media