“Rusiya silahlı qüvvələri bütün istiqamətlərdə Ukraynaya hücum edir. Artıq Kupyansk və Pokrovskda Ukrayna Silahlı Qüvvələrinin təslim olması üçün şərait yaradılıb. Volçanskın 80%-dən çoxu ələ keçirilib”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.
O qeyd edib ki, Dnepropetrovsk və Zaporojye vilayətlərində 13 yaşayış məntəqəsi Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib:
“Ukrayna Silahlı Qüvvələri Dimytrov, Krasnoarmeysk və Severskdə mühasirəyə düşmüş qüvvələri azad etmək cəhdlərini dayandırmır. Kupyansk ələ keçirilib. Pokrovskın isə 70%-i nəzarətə götürülüb”.
Bizim.Media