Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibinin müavini Elison Hukker Ermənistana gəlib. O, ölkənin ali rəhbərliyi ilə “Tramp marşrutu”nun (Zəngəzur dəhlizi – red.) icrasını, İrəvanla Vaşinqton arasında əldə olunmuş razılaşmaları, o cümlədən ilin əvvəlində imzalanmış strateji tərəfdaşlıq sənədini və Türkiyə ilə münasibətlərdə irəliləyişi müzakirə etməyi planlaşdırır.
Bizim.Media ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, Elison Hukker Ermənistandan sonra Azərbaycana səfər edəcək.
“O, 2025-ci il 15–21 noyabr tarixlərində işgüzar səfərlə Ermənistan və Azərbaycanda olacaq”, deyə Departamentin açıqlamasında bildirilir.
Bizim.Media