“Ermənistan prezidenti Armen Sarkisyan müəyyən olunmuş həftə ərzində istefasını geri götürməyib, onun istefası müvafiq protokol dərc edildikdən sonra qəbul edilmiş sayılacaq”.
Bizim.Media xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində Ermənistan parlamentinin spikeri Tsovinar Xaçatryan deyib.
Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlamışdı.
Əsas səbəb kimi o, dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib.
Bizim.Media