Türkiyənin Zonquldak vilayətində təmizlik işçisi bir qrup şəxsin hücumuna məruz qalıb.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, təmizlik işçisi gənclərin yerə zibil atdığını görərək onlara xəbərdarlıq edib.
Lakin gənclər onun bu xəbərdarlığına məhəl qoymayaraq, “təmizləməlisən” deyə cavab veriblər. Daha sonra mübahisə böyüyüb və gənclər təmizlik işçisinə hücum ediblər.
Hücumu törədən şəxslərin kimliyi hələlik müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media