Kareliya Respublikasında təlim uçuşu zamanı Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb, nəticədə ekipaj həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün, Moskva vaxtı ilə saat 19:00 radələrində Kareliya Respublikasında planlı təlim uçuşu həyata keçirən Su-30 təyyarəsi qəzaya uğrayıb. Təyyarə insansız əraziyə düşüb.
Uçuş döyüş sursatı olmadan yerinə yetirilirdi. Ekipaj həlak olub,” — deyə nazirliyin məlumatında bildirilir.
Bizim.Media