Xəbər verdiyimiz kimi, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin bütün ekipaj üzvləri şəhid olub.
Bizim.Media xəbər verir ki, şəhid hərbçilərdən biri də pilot, baş leytenant Cüneyt Kandemirdir.
Şəhidin atası jurnalistlərə açıqlamasında oğlunun şəhadətə ucalması ilə bağlı danışıb:
“Oğlum şəhid oldu, övladımız getdi. Amma bu Vətən üçün mən də döyüşüb, şəhid olaram. Parad heyətini Azərbaycandan Türkiyəyə gətirmək üçün getmişdi. Millətimizin başı sağ olsun!”.
Həmin kadrları təqdim edirik:
Bizim.Media