Moskva vilayətinin Krasnoqorsk şəhərində dəhşətli hadisə baş verib. Belə ki, 10 yaşlı uşaq içərisinə partlayıcı qurğu yerləşdirilmiş 10 rublu əlinə alarkən partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanal yazıb.
Partlayış nəticəsində uşağın sağ əlində üç barmaq amputasiya olunub, dördüncü barmaq isə ciddi şəkildə zədələnib.
Əl əzələlərində də cırılma və dərin yaralar var. Həkimlər hazırda uşağın əlini xilas etməyə çalışırlar.
Partlayıcı qurğunun kütləsinin təxminən 10 qram olduğu, içərisinə xırda mismarların doldurulduğu və 10 rublluq əskinasa büküldüyü bildirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb, məsələ Prokurorluq və İstintaq Komitəsinin nəzarətinə götürülüb.



Bizim.Media