Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan Azərbaycandan tranzitlə ölkəsinə gətirilən Qazaxıstan buğdasından hazırlanan çörəyi birinci dadmağa hazır olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesablarında yazıb.
Qeyd edək ki, Qazaxıstan taxılı ilə yüklənmiş qatar transit olaraq Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb.
Xatırladaq ki, noyabrın 6-da Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
Bizim.Media