Hazırda parlamentdə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının qapalı iclası keçirilir.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu məlumatı jurnalistlərə açıqlamasında deputat Qraçya Akopyan təsdiqləyib.
Fraksiya qapalı iclasında Ermənistan prezidentliyinə namizədin irəli sürülməsi məsələsini müzakirə edəcək.
Mətbuatda yayılan məlumata görə, parlament bu vəzifəyə hazırkı yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanın namizədliyini irəli sürəcək.
Bundan əvvəl mətbuatda baş nazir aparatının rəhbəri Arayik Arutyunyanın prezidentliyə namizəd kimi irəli sürüləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Bizim.Media