Rusiyanın Şaripovo şəhərində azərbaycanlı yeniyetmə bıçaqlanaraq öldürülüb.
Bizim.Media xəbər verir ki, ilkin məlumatlara görə, 17 yaşlı İsmayıl Fətəliyev münaqişə zəminində bıçaqla qətlə yetirilib.
Mərhumun nəşi yaxın günlərdə doğmalarının yaşadığı Cəlilabad rayonunda dəfn olunacaq.
Bizim.Media