Bu gün İrəvanda taksi sürücüləri hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. Onların narazılığına səbəb Ermənistan Avtomobil Sığortaçıları Bürosunun OSAQO-nun (Avtomobili olan mülki şəxslərin məsuliyyətinin icbari sığortası) dəyərini yuxarıya doğru yenidən nəzərdən keçirmək qərarıdır. Baza tarifi 3 min dram bahalaşacaq və 21,7 min dram təşkil edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Ermənistan Today” nəşri yayıb.
Mənbə qeyd edir ki, sığorta dəyərini hesablayarkən əsas məbləğ avtomobilin mühərrik gücü, yaşı, əvvəlki OSAQO-nun icrasında kobud pozuntularının olması və ya olmaması və s. kimi amillərlə hesablanır.
Polis güc tətbiq edərək nəqliyyatın hərəkətinə mane olan bir neçə etirazçını ərazidən uzaqlaşdırıb.
Bizim.Media