Ermənistan prezidenti Armen Sarkisyanın istefası ilə bağlı bəyanat sənədi parlamentə təhvil verilməsindən 7 gün sonra qüvvəyə minib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “İnterfaks” agentliyi yayıb.
“Parlamentin reqlamenti haqqında” qanuna əsasən, dövlət başçısı bir həftə ərzində ərizəsini geri götürməsə, istefa qüvvəyə minir.
Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini bəyan edib. O, bunu ölkənin siyasətinə, müharibə və sülh məsələlərinə təsir edə bilməməsi ilə əlaqələndirib.
Erməni KİV-lərinin məlumatına görə, hakim “Vətəndaş müqaviləsi” partiyası yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryanın prezidentliyə namizədliyini irəli sürəcək.
Bizim.Media