Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Qarabağı könüllü tərk etmiş ermənilərin mümkün qayıdışı Bakı və İrəvan arasında formalaşmaqda olan sülhə təhlükə yarada bilər.
Bizim.Media xəbər verir ki, o, İrəvanda keçirilən “Sülhün qurulması və çoxtərəfli əməkdaşlıq” adlı beynəlxalq forumda bildirib.
“Qarabağdan gələn soydaşlarımızın geri qayıtması məsələsi sülh üçün riskdir. Bu mövzu təhlükəlidir, çünki bizi münaqişənin ilkin parametrlərinə qaytarır”, – deyə o, əlavə edib.
Bizim.Media