“Azərbaycanlı dostlarım, diqqətlə mənə qulaq asın. Ermənistan ermənilərinin son günlər xüsusilə şiddətli şəkildə tüğyan edən hərbi revanşla heç bir əlaqəsi yoxdur. Sizinlə virtual müharibələr aparan insanlar Ermənistanda yaşamırlar, Ermənistana cavabdeh deyillər, Ermənistanı təmsil etmirlər. Onlar, düzünü desək, Ermənistana heç bir əhəmiyyət vermirlər və bunu ölkədə yaxşı bilir və başa düşürlər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Facebook səhifəsində erməni bloger İşxan Verdyan yazıb.
Onun sözlərinə görə, həmin ermənilərin etdikləri öz oyunlarıdır, öz dar məqsədlərini güdürlər və Ermənistan onların fəaliyyətinə görə məhv olarsa, bu, onlar üçün ilin başqa bir matəm günündə timsah göz yaşları tökmək üçün başqa səbəb olacaq:
“Bu isterikaya qapılmayın. Bilin ki, Ermənistanda da Qarabağ istəmirlər, qisas arzusu ilə yaşamırlar, yalnız sülh istəyirlər. Layiqli və son sülh”.
Bizim.Media
