Ermənidən ermənilərə təhqir - FOTO

Bizim kollektiv mənəviyyat və ləyaqətimizi sıfıra bərabərləşdirdilər. Bu matəm günü deyildi, ümummilli rüsvayçılıq günü idi. Hansısa əclaf bir daha bütün milləti rəzil edib bir günün içində bütün vətəni ləkələdi.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Vatikandaki sabiq səfiri, keçmiş prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan öz Facebook səhifəsində matəm yürüşü ilə bağlı yazıb.

O, qəbiristanlıqda, ölənlərin ziyarəti zamanı ”Nikol – baş nazirdir” şüarlarına kəskin etiraz edib və yazıb:

“Hazırda 3 Ermənistan var: Birincisi, gələcək uğrunda mübarizə aparan Ermənistan. Dünən mövcud olan Ermənistan".

İkincisi, bu günün ilk yarısındakı həyasız, qanlı, isterik və imansız Ermənistan. Sifarişlə "Nikol - baş nazirdir" deyə bağıraraq soyumamış qəbirləri tapdalayan zəif iradəli, xuliqan kütləsi. Bu kütlə öz varlığı ilə oğlanların məzarlarını ləkələdi. Bu çığır-bağır və bronjiletlərin altında ölkənin bir nömrəli xaini - ermənilər arasındakı axırıncı əclaf, bütün günahlarımızın əsas təcəssümü, ən pis erməni gəzirdi. Əsgərlərimizi o öldürdü. Və bu gün qəbirlərini murdarlayaraq onları yenidən öldürdü.

Üçüncü bir Ermənistan var - qorxaq və istehlakçı. Həmin üçüncü Ermənistandır ki, bunun siyasi mübarizə olduğunu və burada iştirak etmək istəmədiyini bəyan edir, lakin qəbiristanlıqda “Nikol - baş nazirdir” deyə bağıranları inadkarlıqla görmür.

Bu, bayram alış-verişi edən, endirimlərdən danışan, Yeni ilə hazırlaşan, kafedə söhbət edən Ermənistandır. Bu o Ermənistandır ki, bir neçə həftə sonra kafedə qəhvə içməyin belə inanılmaz bir lüks olacağının fərqinə varmır, çünki nə pul, nə də kafe olacaq. Ümidlə yaşayırlar. Bunun sadəcə bir siyasi mübarizə olduğunu, müharibənin bitdiyini və indi hər şeyin normallaşacağına ümid edirlər. Hesab edirlər ki, heç nə etməsələr, deməsələr, eşitməsələr hər şey normallaşacaq və keçib gedəcək”.

Minasyan qeyd edib ki, heç nə normallaşmayacaq, hər şey pis olacaq və bu pisdə bu “Nikol – baş nazirdir” deyənlər və bunu görməyənlər, yəni bütövlükdə xalqın böyük hissəsi, kütləsi günahkardır.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Allah heç bir insanı böyük sevgiyə düçar etməsin" - VİDEO

"Allah heç bir insanı böyük sevgiyə düçar etməsin" - VİDEO

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Dəməşqdə Türkiyə, Ukrayna və Suriya XİN başçılarının üçtərəfli görüşü keçirilib

Dəməşqdə Türkiyə, Ukrayna və Suriya XİN başçılarının üçtərəfli görüşü keçirilib

Sabahkı hava onlarda narahatçılıq yaradacaq

Sabahkı hava onlarda narahatçılıq yaradacaq

Keşlədə kollektorda qəzaya səbəb olan ev sökülür - VİDEO

Keşlədə kollektorda qəzaya səbəb olan ev sökülür - VİDEO

Lavrov Əraqçiyə ZƏNG ETDİ

Lavrov Əraqçiyə ZƏNG ETDİ

End of content

No more pages to load

RADİO