“Bu gündən etibarən Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının Ermənistan ərazisindən tranzitini təmin etməyə hazırıq”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il dövlət büdcəsi üzrə ilkin müzakirələr zamanı bildirib.
“Hazırda bu, həyata keçirə biləcəyimiz yeganə variantdır,” – deyə o, əlavə edib.
Xatırladaq ki, tranzit marşrutu Marqarita–Yeğegnadzor–Sisyan–Gorus istiqamətində nəzərdə tutulub.
Bizim.Media