Egey dənizində 4 bal gücündə zəlzələ baş verib.
Bizim.Media-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, yeraltı təkanlar Çanaqqala vilayətində, Gökçeada rayonundan 155,72 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin ocağı 15,35 kilometr dərinlikdə yerləşib.
Yerli vaxtla saat 23:19-da Denizli əyalətində də 3 bal gücündə zəlzələ baş verib. Dağıntı və ya tələfat qeydə alınmayıb.
Bizim.Media