Rusiya Erməniləri İttifaqı Moskvada Sovet Ordusu küçəsində Qaregin Njde haqqında film nümayiş etdirməyə hazırlaşır.
Bizim.Media rus teleqram kanallarına istinadən xəbər verir ki, bu barədə məlumat yanvarın 27-də yayılıb.
Belə ki, ermənilərin filmlə bağlı seçdikləri məkan və onun elan olunma vaxtı izləyicilər arasında hiddətlə qarşılanıb.
Çünki Nasist Almaniyasının ordu sıralarında SSRİ-yə qarşı vuruşan Njde haqqında film Sovet Ordusu küçəsində nümayiş etdiriləcək. Eyni zamanda, 27 yanvar Leninqradın (indiki Sankt-Peteburq) blokadadan azad olunduğu gündür.
Qeyd edək ki, Qaregin Njde Ermənistanda milli qəhrəman hesab olunur.
Bizim.Media