Ermənistan İstintaq Komitəsi jurnalistlərin sorğusuna cavab olaraq Ağraqatsotn yeparxiyasının rəhbərinin və daha beş ruhaninin saxlanılması barədə açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Komitənin açıqlamasında deyilir: “Toplantıların keçirilməsinə maneə törətmə və ya bu toplantılarda iştirak etməyə məcbur etmə faktı ilə bağlı cinayət işi çərçivəsində, vəzifə və ya xidməti səlahiyyətlərdən istifadə etməklə və ya maddi maraq əsasında törədilmiş hallara dair zəruri prosessual və sübutyönümlü hərəkətlər həyata keçirilir”
İstintaq Komitəsi əlavə edib ki, bu məsələ ilə bağlı daha sonra əlavə açıqlama veriləcək.
Bizim.Media