Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, köhnə Ələt-Astara magistral yolunun rayonun Qızılağac kəndi ərazisindən keçən hissəsində “NİVA” “QAZ-31” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1955-ci il təvəllüdlü Abukərimov Sakit Alıhüseyn oğlü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media