Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.
Bizim.Media xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
"Baş nazir Nikol Paşinyan koronavirus testindən keçib, nəticəsi müsbət olub. Baş nazir müəyyən olunmuş qaydada özünü təcrid edib, xəstəlik simptomsuz davam edir".
Qeyd olunur ki, hökumət başçısı distant rejimdə işləyəcək.
Qeyd edək ki, Payinyan 2020-ci ilin iyununda da COVID-19-a yoluxmuşdu.
Bizim.Media