Antalyanın Alanya rayonunda baş verən torpaq sürüşməsi zamanı qopan nəhəng qaya parçası evə girib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər TV100 nəşrində yerləşdirilib.
Mənbə qeyd edir ki, evdə yaşayan 4 nəfərlik ailə ölümdən dönüb.
Hadisə Alanyanın Güney məhəlləsində baş verib. Saat 10.00 radələrində 4 nəfərlik Çetinkaya ailəsinin evinin üzərinə nəhəng qaya düşüb. Hadisə zamanı ailədən heç kim xəsarət almayıb. Qorxunc anlar təhlükəsizlik kamerasına əks olunub.
Nəhəng qaya evin qarşısında dayanan pikapı (yük maşını) zədələyib.
Bizim.Media