Belarus prezidenti Aleksandr Lukaşenko yenidən COVID-19-a yoluxub.
Bizim.Media “BELTA”ya istinadən xəbər verir ki, Belarus lideri koronavirusun “omikron” variantına yoluxub.
PCR testinin müsbət çıxmasından sonra açıqlama verən Lukaşenko “Biz görürük ki, bu omikron tamamilə fərqli bir virusdur.
Ola bilsin, mən şübhələnirəm ki, biz artıq adi qripə yoluxmuşuq. Mən bunu özü ikinci dəfə yoluxan bir insan kimi bildirirəm", - deyə qeyd edib.
Fikirlərinin davamında Lukaşenko “omikron”un digər variantlardan fərqli olaraq, pnevmoniya əlamətlərini hiss etdirmədiyini və xəstəliyi ayaq üstə keçirdiyini qeyd edib.
Bizim.Media