İranda bu gün, yanvarın 20-də iki etnik bəluç məhbus edam edilib.
Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, Cəmaləddin Qərgiç və Pərviz Əkbəri adlı hər iki bəluç məhbus Zabol zindanında dara çəkiliblər.
Bundan başqa, Zahidan zindanında isə Əbdülhəmid Səmalzehi adlı məhbusun da bu gün edam edildiyi bildirilib.
Qeyd edək ki, 2021-ci ildə ən azı 70, yeni 2022-ci ildən bəri cəmi son 20 gündə isə 8 etnik bəluç vətəndaş İran rejimi tərəfindən asılıb.
Bizim.Media