Azərbaycanın nəzarətində olan Gorus-Qafan yolunda erməni maşınları demək olar ki, hərəkətini dayandırıb.
Bizim.Media “armeniasputnik.am” nəşrinə istinadən xəbər verir ki, bu barədə respublikanın Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan parlamentdə jurnalistlərə bildirib.
O, əlavə edib ki, avtomobillərin əksəriyyəti yeni yol ilə Ağvani, Tatev və Şinuayr kəndlərindən keçərək İrəvana gedən əsas magistral yola çıxır.
İran avtomobillərinin yalnız kiçik bir hissəsi köhnə yoldan (Azərbaycanın nəzarətində olan yol nəzərdə tutulur) keçir. Badasyan vurğulayıb ki, onların əksəriyyəti Azərbaycan tərəfinə əlavə ödəniş etməməyə (130 dollar) və yeni yolla getməyə üstünlük verir.
O xatırladıb ki, Qorus və Qafanda köhnə yolda erməni tərəfi az sayda İran avtomobilinin hərəkətinə nəzarət etmək üçün gömrük nəzarəti məntəqələri yaradıb.
Bizim.Media