Qarşıdakı iki ay ərzində Türkiyə “Hürjet” təyyarələrini təqdim edəcək.
Bizim.Media xəbər verir ki,Türkiyədə kütləvi istehsalın ilk mərhələsində ildə yeddi “Hürjet” istehsal etmək niyyətindədir.
2025-ci ildən sonra isə istehsalçı ayda iki təyyarə istehsal etməyi planlaşdırır.
Qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsi ötən həftə “Hürjet”in seriyalı istehsalının birinci mərhələsini təsdiqləyib. Təyyarənin ilk uçuşu 2023-cü ilə planlaşdırılıb. (TRT)
Bizim.Media