Bu gün MDB Dövlət Başçılarının toplantısı keçiriləcək. Ermənistanın Baş Naziri Nikol Paşinyan bu sammitə qatılmayacaq.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bununla bağlı Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb:
"Paşinyan atasının ölümü ilə əlaqədar MDB dövlət başçılarının iclasında iştirak etməyəcək",-deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, dekabrın 16-da Ermənistanın baş nazirinin atası Vova Paşinyan uzun sürən xəstəlikdən vəfat edib.
Bizim.Media