“Biz o reallıqda yaşayırıq ki, Türkiyədən Ermənistan-Türkiyə danışıqlarının təfərrüatlarını öyrənirik. Ruben Rubinyan isə ona sual verməyimizdən inciyir”.
Bizim.Media xəbər verir ki, bunu “Ermənistan” fraksiyasından olan deputat Anna Qriqoryan parlamentdə çıxışı zamanı deyib.
“Səhər burada suallar qaldırıldı ki, sizin hərəkətləriniz kimin maraqlarına uyğundur, əgər Vaqarşak Arutyunyanla görüşmək imkanınız varsa, ondan hansı ölkənin maraqlarına uyğun olaraq imzaladığınız memorandumu soruşun (Zəngəzurda qoşunların çıxarılması ilə bağlı ). Yaxud ilin sonunda Nikol Paşinyan mətbuat konfransı verib Azərbaycanın tezislərini təkrarlayanda hansı ölkəni təmsil edirdi?”, - deyə deputat bildirib.
Bizim.Media