Təbrizdə və ətraf ərazilərdə məktəblərdə dərslər dayandırılıb.
Bizim.Media fars mətbuatına istinadən xəbər verir ki, buna səbəb güclü qarın yağması və soyuq hava şəraitinin qeydə alınmasıdır.
Mənbə yazır ki, bu, distant təhsil alan şagirdlərə aid deyil. Onların dərsləri və imtahanları müəyyən olunmuş vaxtda təşkil olunacaq.
Bizim.Media