"Caspian" hava yollarına məxsus 038 saylı Tehran-Şiraz istiqamətində uçan təyyarə İsfahan şəhərində təcili eniş edib.
Bizim.Media xəbər verir ki, yerli vaxtla 13:20 dəqiqədə baş verən hadisənin səbəbi kimi təyyarədəki texniki nasazlıq göstərilib.
Təyyarənin sərnişinlərindən xəsarət alan olmayıb. Sərnişinlər başqa təyyarə ilə İsfahandan Şiraza uçublar. (Apa)
Bizim.Media