Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, liderlər Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Həmçinin, Ərdoğan və Conson iqlim və qaçqınlar məsələsindən də danışıblar.
Tərəflər müdafiə sənayesi, habelə ticarət sahələrində əməkdaşlığı gücləndirəcək addımlar ətrafında fikir mübadiləsi aparıblar.
Bizim.Media