Ötən gün Moskvada ən məşhur otellərin birində qəza yaşanıb.
Bizim.Media Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Prezident - Otel”in 7-ci mərtəbəsində liftin mexanizimləri qırılaraq sürətlə yerə çırpılıb.
Həmin vaxt liftdə olan iki Ermənistan vətəndaşı da hadisə nəticəsində ölüb.
Sonradan məlum olub ki, həlak olanlar 32 yaşlı Ayk Qazaryan və 31 yaşlı Artak Bezoyandır. Onlardan biri liftin içində, o birisi isə liftlə divar arasında qalaraq həlak olublar.
Xəbərdə o da qeyd olunur ki, oteldə təmir işləri gedir və obyekt hələ istifadəyə tam hazır deyil.
Bizim.Media