Ermənistanın paytaxtı İrəvanda güclü partlayış baş verib.
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, yerli vaxtla axşam saat 18 radələrində avtomobil qaz kəmərinə çırpılıb.
Artaşisyan 42/6 ünvanında baş vermiş partlayışdan sonra hadisə yerində 6 yanğınsöndürmə briqadası işləyir.
Hazırda qaz kəmərindəki yanğının söndürülməsinə çalışılır.
Bizim.Media