“İrəvan Ankara ilə dialoq nəticəsində ölkələr arasında diplomatik münasibətlərin qurulacağını və sərhədlərin açılacağını gözləyir”.
Bizim.Media “Armenpress”ə istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan səsləndirib.
O, İrəvanın ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib.
“Ermənistanda Türkiyə hökumətinin də bu mövqeyi bölüşdüyü təəssüratları var”, deyə o, qeyd edib.
Unanyan hesab edir ki, xüsusi nümayəndələrin - Serdar Kılıç və Ruben Rubinyanın sabah Moskvada keçiriləcək görüşü prosesə start verəcək.
Bizim.Media