Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin indi öz rəsmi internet saytı var: www.garibashvili.ge.
Bizim.Media “Sputnik Georgia” saytına istinadən xəbər verir ki, portalda Baş nazirin gördüyü işlər - səfərlər, görüşlər, sərəncamlar barədə rəsmi açıqlamalar və məlumatlar gürcü, ingilis, osetin və abxaz dillərində yerləşdirilib.
Saytın istifadəçiləri hətta baş nazirlə "söhbət" edə, ona məktub yaza, maraqlandıran sual verə və ya fayl göndərə, həmçinin Youtube, Facebook və Twitter sosial şəbəkələrində Qaribaşvilinin səhifələrinə daxil ola biləcəklər.
Bizim.Media